Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


23.03.2020  19:16 

Milli Qəhrəmanlarımızın adından saxta bəyanat yayanlar ifşa olundu - AÇIQLAMA





A+  A-

Bir neçə gün öncə bəzi saytlarda «Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyi» adından Elşən Uluxanlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.
Müraciətə beş Milli Qəhrəmanın imza atdığı bildirilib.



Ancaq əlaqə saxladığımız 3 Milli Qəhrəman bu məsələdən ümumiyyətlə xəbərsiz olduqlarını bildiriblər.

Ölkə rəhbərliyinə yanlış məlumat vermək, Milli Qəhrəmanlar adından sui-istifadə etmək, ölkəmizin bütün gücünün koronavirusla mübarizəyə cəmləndiyi bir vaxtda çaşqınlıq yaratmaq, diqqəti başqa səmtə yönəltmək, başqasının şərəf və ləyaqətini pozmaq, şər, böhtan atmaq qanunvericiliyə əsasən konkret cinayət tərkibli əməllər sırasındadır.

Bu məsələ barədə geniş məlumat veriləcək.

İndi isə müraciətdə adları keçən Milli Qəhrəmanların fikirlərinə diqqət edək.

Həmin müraciətə guya imza atan Milli Qəhrəman Ehtiram Əliyev bu məsələdən ümumiyyətlə xəbərsiz olduğunu, onun adından sui-istifadə edilməsinin yolverilməzliyini qeyd edib: “Mən heç bir məktuba imza atmamışam. Milli Qəhrəman adından necə yalandan istifadə etmək olar? Bu, yolverilməzdir və bu addımı atanlar mütləq qanun qarşısında cavab verəcəklər”.
O, hazırda rayonda olduğunu, məhz məlumatı dəqiqləşdirmək səbəbədən Bakıya qayıdacağını bildirib. Adı imza atan Milli Qəhrəmanlar içərisində olan Mirzə Quliyev də 15 gündür rayonda olduğunu, belə bir müraciətdən heç bir məlumatı olmadığını və heç bir məktuba imza atmadığını bildirib. “Biz hamımız Ali Baş Komandanın əsgərləriyik. Dünyanı koronavirus bürüdüyü bir vaxtda bunlar nəylə məşğuldurlar. Bundan ancaq təəssüfümü bildirirəm”.

Adı hallanan digər Milli Qəhrəman Vahid Quliyev 3 ilə yaxındır bu təşkilatla heç bir əlaqəsinin olmadığını, onun adından cəmiyyətə yanlış məlumat verildiyini qeyd edib. “Təəsüf edirəm ki, belə adamlar var. İndki vaxtda buz nə hayda, bunlar nə hayda. Adımızdan istifadə edənləri qəti şəkildə pisləyirəm. Mənim o təşkilatla heç bir əlaqəm yoxdur”.

Milli Qəhərmanların etirazından sonra adını çəkdiyimiz təşkilat onların adları olan yazını saytdan çıxatdırıb.

Digər saytda isə Milli Qəhrəman Etiram Əliyevin adını çıxarıblar.

Xəbər 1810 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +