Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


17.07.2018  17:19 

Rezidenturaya ixtisas seçən namizədlərin nəzərinə!





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya ixtisas seçimi edən namizədlərə müraciət edib.
DİM-dən XəzərNews.az-a verilən xəbərə görə, Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə DİM-ə məlumat verilib.

“Məlum olduğu kimi, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-da başa çatıb. İxtisas seçimi başa çatandan sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqənin nəticələri elan olunmalıdır. Lakin Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə DİM-ə məlumat verilib. Rezidenturaya qəbul üzrə əlavə plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən və DİM-ə göndərildikdən sonra həmin yerlər haqqında məlumat veriləcək. Bundan sonra “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktiv edilmə tarixləri elan ediləcək.

Namizədlər ixtisas seçimi edərkən mövcud plan yerlərini nəzərə alıblar. Plan yerlərinin artırılacağını nəzərə alaraq Dövlət İmtahan Mərkəzi tərəfindən “Namizədin elektron ixtisas seçimi” ərizəsi yenidən aktiv edildikdən sonra ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edərək ərizələrini yenidən təsdiq edə biləcəklər. Hər hansı bir dəyişiklik etmək istəməyən namizədlərin ərizələri isə olduğu kimi qalır və onlardan ərizələrini yenidən təsdiq etmək tələb olunmur. Beləliklə, yalnız, namizədlər əlavə edilən plan yerlərini də nəzərə almaqla ixtisas seçimi etdikdən sonra rezidenturaya qəbul olmaq üçün müsabiqə keçiriləcək və nəticələr elan ediləcək”, - deyə DİM məlumatında qeyd olunub.

Xəbər 1618 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +