Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


30.01.2025  12:32 

Monopolistlər kartof istehsalını necə çökdürür?





A+  A-

“Məlum olduğu kimi, ölkədə kartof istehsalı aşağı düşüb. Eyni zamanda kartof əkin sahələri də azalıb. Bunu statistik rəqəmlər də sübut edir. Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır. Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq fermerler istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər. Əldə edilən məhsulun bir hissəsini Qafqazda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur. Çünki anbarların sayı az və icarəsi çox yüksəkdir. Kartof daha çox itkiyə getdiyinə görə, heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar. Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi işlər görülmür. Müvafiq qurumlar vaxtı-vaxtında fermerləri suvarma sistemi ilə təmin etmir".

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.

O bildirib ki, kartofun əkin sahəsinin azalmasının bir neçə səbəbi var:

"İlk olaraq, vacib məqamlardan biri ölkəmizdə bu sahə üzrə kifayət qədər peşəkar kadrların olmamasıdır. Artıq kəndlilərə və fermerlərə məsləhət verə biləcək peşəkarlar qalmayıb. Bu, hökumətin üzərinə düşən bir vəzifədir. Hökumət istehsalçıları suvarma suyuyla təmin etməlidir. Amma bu, təşkil olunmur. Bəzən su növbə ilə verilir, bəzən isə heç verilmir. Kartof, bildiyiniz kimi, su sevən bitkidir. Ona görə də su ilə təmin edilməlidir".

Ekspertin dediyinə görə, kartof toxumu kimi istifadə edilən material əslində toxum deyil, adi ərzaq üçün nəzərdə tutulmuş kartof yumrularıdır:

"Ərzaq üçün nəzərdə tutulan kartof yumrularından toxum kimi istifadə etmək məhsuldarlığa təsir göstərir. Bu halda məhsuldarlıq arta, məhsulun keyfiyyəti yaxşılaşa və bu sahə inkişaf edə bilməz. Ölkəyə gətirilən gübrələrin keyfiyyəti də aşağıdır. Kəndlilərimiz buna görə yaxşı nəticə əldə edə bilmirlər. Kartof elementlərə tələbatı olan bitkidir, xüsusilə kaliuma tələbatı çoxdur. Təəssüflər olsun ki, bu sahədə də idxal monopoliyası mövcuddur. Monopolistlər imkan vermir ki, azad sahibkarlar digər ölkələrdən kartof gətirib, nisbətən ucuz qiymətə bazara təklif etsinlər. Bütün bu səbəblər ölkəmizdə kartofun qiymətini yüksəldir".

Xəbər 4216 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +