Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


14.03.2018  09:05 

Tillerson keçmiş agentə görə vəzifədən çıxarılıb?





A+  A-

ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifədən azad etməsi dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib.
XəzərNews.az-ın məlumatına görə, Amerikanın “New York Magazine” nəşri yazıb ki, Tillersonun işdən çıxarılması Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsi ilə bağlıdır.

Məlumata görə, Ağ Ev administrasiyası, o cümlədən Donald Tramp keçmiş casus və qızının Rusiya tərəfindən zəhərlənməsi iddiasını qəbul etmirdi.

Lakin Reks Tillerson bu mövqeni sərgiləməyib. Belə ki, o, "Skripalı zəhərləyənin Rusiya olduğu dəqiqdir" ifadəsini işlədib.

Trampın mövqeyi isə rəsmi Vaşinqtonun öz tarixi müttəfiqi Britaniyaya dəstəyini əsirgəməsi kimi iddiaların ortaya çıxmasına səbəb olub.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey Sergey Skripalın Rusiya tərəfindən zəhərləndiyini deyib.

O, hadisəyə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağına işarə edib.

Kreml isə ittihamlarla razılaşmır.

Onu da xatırladaq ki, Donald Tramp dövlət katibi postuna Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edib.

Donald Tramp Tillersona təşəkkürünü bildirib və Pompeonun yeni vəzifədə “fantastik işlər görəcəyinə” ümidvar olduğunu ifadə edib.

Xəbər 1374 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +