“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.04.2017  14:05 

Tramp dollardan danışdı - Dəyəri düşdü





A+  A-

ABŞ prezindenti Donald Tramp dolların dəyərindən danışıb.
XəzərNews.az xəbər verir ki, lider “The Wall Street Journal”a müsahibəsində dollar mövzusuna toxunub. Bu valyutanın çox gücləndiyini deyən Tramp FED-in faiz dərəcəsini aşağı saxlayacağına ümid etdiyini bildirib.

O, “Düşünürəm ki, dollar çox güclənir və bu, mənim günahımdır. Çünki insanlar mənə etibar edirlər. Amma bu, ziyandır, son nəticədə pis təsir göstərəcək”, - deyib. Daha sonra Tramp bildirib ki, dolların güclənməsinin müsbət cəhətləri var, amma əsas üstünlük sadəcə “güclü dollar” ifadəsinin yaxşı səslənməsidir.

Prezindentin sözlərindən sonra Asiya bazarlarındakı valyutalarda ciddi dəyişiklik baş verib və dolların məzənnəsi enməyə başlayıb.

Analitiklər isə bunu müvəqqəti hesab edirlər.

Xəbər 1793 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +