Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib
Gəncədə 19 yaşlı gənc özünü asaraq intihar edib
Altı rayona prokurorlar təyin edilib
PA-nın bu işçiləri də diplomatik pasport əldə edəcək
Rusiyaya yeni giriş qaydaları qüvvəyə minir
Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video


26.05.2025  12:16 

Pezeşkian da erməni lobbi qrupuna qoşulub – Politoloq





A+  A-

“Məsud Pezeşkianın Azərbaycana səfəri İranda anti-Azərbaycançıları daha gücləndirdi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, müdafiə naziri Əziz Nəsirzadənin Ermənistanda apardığı danışıqlar bu vaxta qədər İran-Ermənistan münasibətlərinin ən apogeyidir:

“Həm hərbi, həm də iqtisadi müqavilə imzaladı. İran hərbi sənayesini Ermənistanın üzünə açdı. Əlbəttə, bu Ermənistanın istifadə edəcəyi bir şey deyil, vaxtilə S.Sərkisyanın dövründə müdafiə naziri Vigen Sərkisyan İranın müdafiə sənayesi strukturlarında olmuşdu, oradan ucuz qiymətə ət konservini almışdı. Təxminən iki il ölmüş “Fars körfəzi-Qara dəniz” ideyasını diriltdilər. Bir az əvvəl Qara dənizə (Gürcüstan) Azərbaycan vasitəsilə çıxmaq istəyirdilər. İndi yenidən Ermənistan variantına qayıtdılar”.

Politoloq bildirib ki, bu gün Boris Talışınski erməni mətbuatında 37-ci ildə Mircəfər Bağırovun talışları repressiya etdiyi və sonra da bu repressiyanın davam etdiyini bildirdi:

“Bu gün erməni mətbuatında bədnam məşhur, anti-Azərbaycan fars millətçisi, ekspert Ehsan Müvəhədiyan Azərbaycanın cinayətə cəlb olunmasını qaldırdı. Haaqada Azərbaycan Mədəniyyət Nazirliyi sərgi keçirib, orada xalçalarımızı təqdim edib. Bunlar sən demə İran xalçaları imiş. Orada olan eksponatlar Ərdəbil, Təbriz, Urmiya Azərbaycan əraziləri kimi göstərilib. Bundan ötrü Müvəhədiyan Azərbaycanı məhkəməyə verməyi tələb edirdi”.

Politoloq qeyd edib ki, M.Pezeşkian da artıq erməni lobbi qrupuna yenidən qoşuldu:

“Urmiyada Xurrəmşəhrin azad olunmasının 45 illiyinə məşhur anti-Azərbaycan Əhməd Kazımi də dəvət olunmuşdu. Az öncə Əhməd Kazımi “beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasında azlıqların vəziyyəti” adlı kitabını təqdim etdi. Ə.Kazıminin yazdığı bu kitab Azərbaycanda azlıqların vəziyyəti XVI fəsil və 606 səhifədən ibarətdir. Kitab guya Azərbaycanda 5 il tədqiqat həyata keçirməklə hazırlanıb. Ə.Kazımi məlumat yaymışdı ki, Azərbaycan Respublikasında bəzi seçilmiş azlıqlar ümumiyyətlə onlar türkdilli sayılırlar: Axıska türkləri, qaqauzlar, ya da digər azlıqlar. Yəhudilər kimi azlıqların isə Azərbaycanda çox yüksək səviyyədə imtiyazları və himayələri var. Guya talışlar, ləzgilər, avarlar, tatlar və ermənilər kimi azlıqların isə çox kəskin və sərt şəkildə hüquqları pozulur”.

M.Əhmədoğlu vurğulyaıb ki, bütün bu baş verənlər İranın Azərbaycanla münasibətlərə hazır olmadığını göstərir.


Xəbər 2223 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.06.2025  10:05 

VAHİD AZƏRBAYCANI UNUDUN!

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis


BÜTÜN XƏBƏRLƏR +