Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb
Sabiq deputat YAP-çı oldu


24.11.2022  11:05 

Kim Çen Inın bacısı prezidenti təhqir etdi





A+  A-

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Təbliğat şöbəsinin müdir müavini Kim Yo Conq Cənubi Koreya prezidenti Yun Sok Yeol-u “sadiq it” adlandırıb.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Tənqidə səbəb isə Cənubi Koreya liderinin KXDR-in hərbi təlimlərinin təxribat olması ilə bağlı açıqlamaları olub. O, həmçinin Pxenyana qarşı əlavə sanksiyaların tətbiq edilməsində israr edib:

"ABŞ və Cənubi Koreyanın KXDR-ə qarşı tətbiq etdiyi məhdudiyyətlər istənilən nəticəyə gətirib çıxarmasa da, Xalq Respublikasında mənfi reaksiyaya səbəb olacaq".

Bundan qəzəblənən Kim Çenin bacısı deyib ki, görəsən, Cənubi Koreya xalqı niyə hələ də Yoon Seok-yeol "hökuməti" və təhlükəli vəziyyət yaratmağa davam edən digər axmaqların bu cür hərəkətlərinin passiv müşahidəçisi olaraq qalır:

"Cənubi Koreya hakimiyyəti sadiq it və ABŞ-ın kuklasıdır".

Bu cür sərt ifadələrə münasibət bildirən Cənubi Koreya rəsmiləri isə sadəcə təəssüfləndiklərini bildiriblər.

Yusif Əli
XəzərNews.az


Xəbər 972 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +