Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


02.02.2017  12:43 

Bahalaşmaya görə İqtisadiyyat Nazirliyinə İTTİHAM: “Primitiv işlərlə məşğuldur”





A+  A-


Azərbaycan milli valyutasının hər gün dollar qarşısında dəyərdən düşməsi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin sürətlə qalxmasına səbəb olur. Bəzi sahibkarlar isə vəziyyətdən sui-istifadə edərək qiymətlərin süni şəkildə qaldırılmasına yol verirlər.

Bu isə əhali arasında haqlı narazılığa səbəb olur. Məsələn, gündəlik tələbat mallarının siyahısına daxil olan “Beta” çayının yarım kiloluq qutusu bir marketdə 9 manat 50 qəpiyə, digərində isə 8 manat 30 qəpiyə satılır. Yaxud, qablaşdırılmış “Tamasha” düyüsü bir dükanda 4 manat 30 qəpiyə, digərində 3 manat 60 qəpiyədir. Bundan başqa ədədi 14 qəpiyə satılan yumurtanı bir başqa satış nöqtəsində 17 qəpiyə ala bilərsiniz. Bu minvalla işbazların əməllərindən xəbərsiz olan alıcı növbəti qiymət artımı olduğunu düşünür.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib ki, istehlak bazarına mütəmadi nəzarət tədbirləri həyata keçirilir:

“Bu tədbirlərin əsas istiqamətlərindən biri də süni qiymət artımına yol verilməməsidir”.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mütəmadi olaraq bahalaşma ilə əlaqədar şikayətlər aldığını bildirib:

“Xüsusilə ətin, meyvə-tərəvəzin, qablaşdırılmış məhsulların, yağların qiymətinin bahalaşması, çörəyin çəkisinin azaldılması ilə bağlı şikayətlər alırıq. Qeyd edim ki, dünən Vergilər Nazirliyində Qeyri-Hökumət Təşkilatları ilə birlikdə görüş keçirilirdi. Mən bu məsələni orada da qaldırdım. Bütün bunların kökündə hökumətin effektli istehlakçı siyasətinin olmaması dayanır. Hökumət bütün diqqəti birmənalı şəkildə istehlakçılardan pul qoparan sistemi gücləndirməyə yönəldib. Biznes qurumlar isə bundan sui-istifadə edərək, istehlakçılara təkcə təhlükəli mal və xidmət təklif etmək yox, qiyməti baha olan mal və xidmət satmaqla məşğul olur. Başqa sözlə hökumət və biznes qurum sanki istehlakçılarla bir gəmidə üzmürlər. Onlar dərk etmir ki, bu problem istehlakçılarla birgə həll olunmalıdır. Ona görə də Azərbaycanda istehlakçı hüquqları arxa planda qalıb”.

Hüquq müdafiəçisi İqtisadiyyat Nazirliyini primitiv işlər görməkdə ittiham edib:

“Prezidentin tapşırıqları qalıb kənarda, nazirlik çörəyin qiymətini sabit saxlamaq kimi primitiv işlərlə məşğuldur. Qiymətlərin aşağı salınması üçün effektli kənd təsərrüfatı məhsulları dövriyyəyə buraxılmalıdır”.

(modern.az)



Xəbər 2182 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +