Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


19.07.2018  12:45 

Ölkədə maye qaz qıtlığı yaranıb





A+  A-

Bir neçə gündür ki, ölkədə mavi qaz ( propan) qıtlığı yaşanır.
Bu barədə XəzərNews.az-a həm paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.

“Qafqazinfo” məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımı səviyyədə mavi qazla təmin edib.

Problemin səbəbini öyrənmək üçün Məişət Maye Qaz MMC ilə əlaqə saxladıq. Onlar məsələ barədə məlumatlı olduqlarını vurğuladılar.

Qeyd etdilər ki, hər il avqust ayında avadanlıqların istismar müddəti bitir. Ona görə də ehtiyac yarandığı halda yeniləri ilə əvəz edilir. Bu il isə işlərə iyul ayından başlanılıb. Ona görə də bir neçə gündür ki qıtlıq yaşanır. Hazırda işlər davam edir. Yaxın 3-4 gün ərzində işlər yekunlaşacaq və məsələ öz həllini tapacaq.

Xəbər 3349 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +