İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


23.10.2023  15:43 

Zəngəzur dəhlizi ilə razı olmadığımızı... - İranlı nazir





A+  A-

Biz dəfələrlə Zəngəzur dəhlizi ilə razı olmadığımızı, Azərbaycanın müxtəlif rəsmiləri ilə görüşlərdə də bunun əleyhinə olduğumuzu bildirmişik.

Xəzərnews.az erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərlə söhbətində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.

“Bizim siyasətimiz Qafqazda sülhə əsaslanır və biz istənilən xarici müdaxiləni pisləyirik. İnanırıq ki, region ölkələri özləri üçün ən yaxşı qərarları verə biləcəklər.

İran həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək. İki ölkə arasında yaradılan infrastrukturlar qonşu dövlətlər arasında sabit sülhün bərqərar olmasına yönəlib”.

Bəzrpaş xatırladıb ki, bu yaxınlarda Azərbaycandan İran ərazisindən Naxçıvana qədər uzanan Araz dəhlizi ilə bağlı Azərbaycanla razılıq əldə olunub.

Onun sözlərinə görə, Ermənistan İran üçün çox vacibdir və o, Şimal-Cənub dəhlizində əsas rol oynaya bilər.

Xəbər 3346 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +