Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


25.01.2019  16:58 

“Bu layihələr havaya buraxılan pullar olacaq”





A+  A-

Deputat Kamran Bayramov bələdiyyələrə verilən subvensiyaların aidiyyatı üzrə xərclənməməsindən narazılıq edib.
XəzərNews.az-ın məlumatına görə, parlamentin Regional məsələlər komitəsinin iclasında çıxış edən deputat bələdiyyə sədrlərindən hansı layihələri həyata keçiricəklərini soruşub və bu cavabı alıb:

“Deyirlər ki, park salınması, yol çəkilməsi ilə məşğuldurlar. Axı subvensiya bunun üçün verilmir... Bu layihələr havaya buraxılan pullar olacaq.

Biz çalışmalıyıq ki, bələdiyyələrin gələcəyə baxışı düzgün olsun. Əgər onlar subvensiyalar vasitəsilə layihələr həyata keçirəcəklərsə, düşünməlidirlər ki, müəyyən obyekt inşa olunmalıdır, həmin obyekt gəlir gətirməlidir. Hər dəfə subvensiya üçün xahiş etməsinlər. Subvensiya bir dəfə veriləcək, bu da ildən-ilə gəlir gətirməlidir.

Dövlət büdcəsindən ayrılan vəsait havaya getməməlidir. Subvensiya üçün 1 milyon manat vəsait nəzərdə tutulub. Sözsüz ki, bu vəsaitlə 1 600 bələdiyyəni əhatə edə bilmərik. Ona görə bu vəsaitdən səmərəli istifadə etmək lazımdır”.

Xəbər 1710 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +