Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


07.06.2018  10:07 

Bakıda yaşayış binasında ilan yuva salıb - VİDEO





A+  A-

Şəhərin mərkəzində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində qəfil ortaya çıxan ilan, ev sahibini təşvişə salıb. Hazırda mənzildə yaşayanlar ilanın olması səbəbindən eyvana çıxa bilmirlər.
XəzərNews.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 da baş verib. 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılaşıblar. Görüntülərdən də aydın olur ki, ilan sağdır. Hadisə şahidləri ilk dəfədir mənzillərində ilan gördüklərini bildirirlər.

Ev sahibi deyir ki, ilan bir neçə gün eyvanda qalıb. Sonra isə ilan eyvandakı yuvasına girib. Ev sahibi yuvanın üzərinə suvaq vurub ki, ilan oradan çıxmasın. Ancaq buna baxmayaraq hələ də, mənzildə olanlar qorxularından eyvana çıxa bilmirlər.

Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Zoologiya İnsitutunun əməkdaşı Səbinə Bünyatova bildirdi ki, görüntüdəki ilan "zeytuni təlxə" növündəndir və zəhərsiz olduğundan heç bir təhlükəsi yoxdur. Sadəcə yaşayış binası köhnə olduğu üçün, üstəlik belə ilanlar binalarda kərtənkələ ilə qidalandığı üçün tez-tez ortaya çıxır. Səbinə Bünyatova qeyd etdi ki, belə vəziyyətdə ev sahibi mütəxəssislərə müraciət edib ilanı eyvandan uzaqlaşdıra bilər.


Xəbər 1591 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +