Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


07.03.2018  23:11 

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır





A+  A-

Prezident İlham ƏliyevAzərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılır.

Fərmanla “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Fondun nizamnamə fondu 115 000 (yüz on beş min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır; Fondda 9 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır; Fondun Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

Fərmana əsasən Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı həmin Fondun balansına veriləcək.

Azərbaycan Prezidentinin Administrasiyası Fondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Fərmanla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə nazirliyinə müvafiq tapşırıqlar verilib.

Xəbər 1730 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +