Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.03.2018  14:32 

Bu sərnişinlərin həyatı təhlükədədir





A+  A-

Yeni Yasamalda avtobusların dayanacaq olmayan yerdə saxladıqlarını əks etdirən foto yayımlanıb.
XəzərNews.az xəbər verir ki, həmin yolda hərəkət edən 193 və 211 nömrəli avtobusları gözləyən sərnişinlər ensiz betonun üzərində dayanaraq həyatlarını təhlükəyə atırlar.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirərək bildirib ki: “Göründüyü kimi həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Biz 211 və 193 nömrəli marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara dəfələrlə xəbərdarlıq eləmişik ki, avtobuslar həmin ərazidə saxlamasınlar. Lakin bir məsələ var o ərazidə yaşayan sakinlər hər dəfə sürücünü orda saxlamağa məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır. Yəni orda avtobusun dayanmasını tələb edən də sərnişinlərdir. Avtobusun orda dayanmasına etiraz edəndə yenə sərnişinlərdir”.

Qeyd edək ki, bu barədə məlumatı tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə yayıb.

Xəbər 1369 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +