Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


18.03.2024  10:34 

Elşad İbrahimov yenidən icraçı direktor seçildi





A+  A-

Ukrayna Azərbaycanlıları Radasının onlayn formatda növbəti hesabat-seçki konfransı keçirilib.

Xəzərnews.az Diaspora.tv-yə istinadən xəbər verir ki, Rada üzvləri, müxtəlif diaspor təşkilatları fəallarının iştirak etdiyi konfransda Ukrayna Azərbaycanlıları Radasının icraçı direktorunun ötən 1 il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.

Daha sonra Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin müxtəlif regionlarda fəaliyyət göstərən nümayəndələri Rusiya-Ukrayna münaqişəsi fonunda Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, müharibədə iştirak edən Ukrayna vətəndaşı olan azərbaycanlılara diqqət bundan sonra da davam etdirilməlidir.

Müzakirələrdən sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, elmlər namizədi Elşad İbrahimov yenidən Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru seçilib.

Konfransın cari məsələlər müzakirə olunan hissəsində diaspor üzvləri müharibə şəraitində olan Ukraynanın ictimai-siyasi həyatında fəal olmaları tövsiyə olunub.

Xəbər 1325 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +