O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü


23.06.2022  15:48 

Kiyevdə DİASPORUN toplantısı keçirildi – - Fotolar





A+  A-

Kiyev şəhərində Azərbaycan Diasporunun mərkəzi qərargahında diaspor fəallarının iştirakı ilə toplantı keçirilib.

XəzərNews.az xəbər verir ki, UABD sədri Hikmət Cavadovun iştirakı ilə keçirilən toplantında hazırda Ukraynada qalan azərbaycanlıların vəziyyəti, onların problemləri və davam edən dəstək məsələləri müzakirə olunub.

Toplantıda çıxış edən UABD sədri Hikmət Cavadov azərbaycanlılarla yanaşı, yerli əhaliyə də göstərilən dəstəkdən söhbət açıb:

“Azərbaycan diasporu həm pandemiya, həm də müharibə dövründə azərbaycanlılarla yanaşı, yerli əhaliyə də maddi və mənəvi dəstək göstərməkdə davam edir. Müharibənin getdiyi indiki şəraitdə Ukraynanın yanında olmaq, yaşadığımız ölkəyə hər cür dəstək göstərmək diasporumuzun vəzifəsi ilə yanaşı, həm də mənəvi borcudur”.

H.Cavadov Azərbaycan diaspor fəallarına Ukraynaya göstərdikləri dəstəyi artırmağı tövsiyyə edib.

Çıxış edən UABD İdarə Heyətinin üzvləri - Elşad Sadıqov, Elşad İbrahimov, Hikmət Abdullayev Vidadi İsrafilov və Fail Abidov mövcud problemlərdən, gələcəkdə atılacaq addımlardan söhbət açıblar.

Azərbaycan DİN-nin Ukrayna nümayəndəsi, polkovnik Şahin Qocayev diaspor fəallarının qaldırdığı problemlərə münasibət bildirib, tövsiyələrini verib.

Qeyd edək ki, UABD ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda toplanılan yardımların Ukraynanın Azərbaycandakı səfirliyi vasitəsilə bu ölkəyə çatdırılmasında mühüm rol oynayıb.

Xatırladaq ki, UABD sədri Hikmət Cavadov iyunun 21-də Ukrayna Ali Radasında Azərbaycan - Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclasında iştirak etmişdi.









Xəbər 4465 dəfə oxunub.




16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +