O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü


05.06.2018  14:57 

Dağılan körpünün bərpasına başlanıldı





A+  A-

Üç gün əvvəl Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpasına başlanılıb.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları artıq 2 gündür dağılan körpünün bərpası ilə məşğuldur. Hazırda körpü dayağı üçün diametri 1000 santimetr olan dəmir borular torpağa basdırılır və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün suistiqamətləndirici beton bənd inşa edilir. Körpünün bərpası işləri bir neçə ay davam edəcək.

Qeyd edək ki, iyunun 2-də Göyçay çayına gələn güclü sel uzunluğu 76 metr, eni 11,5 metr olan avtombil körpüsünün 15 metrlik hissəsini dağıdıb. Ayın 3-də axşam saatlarında çayda güclü sel axını dayanıb, suyun səviyyəsi aşağı düşərək əvvəlki məcraya qayıdıb və körpünün bərpası üçün işlərə başlanılıb. Hazırda Göyçay şəhərinin şərq hissəsinin əhalisi və 38 kəndin sakinləri rayon mərkəzinə gedib-gəlmək üçün şəhərin şimalındakı köhnə asma piyada körpüsündən və 60 kilometr uzunluğu olan Göyçay-Ucar-Göyçay yolundan istifadə edirlər.

Xəbər 3021 dəfə oxunub.




16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +