O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü


18.07.2017  13:32 

Azərbaycanda 224 nəfər ilk dəfə İİV-ə yoluxanlar kimi qeydə alınıb





A+  A-

2017-ci ilin 6 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil edib ki, onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlanan 1987-ci ildən 01 iyul 2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6409 nəfər qeydiyyata götürülüb ki, onlardan 6198-i (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6409 nəfərdən 3001-də (46,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2210(73,6%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3756 nəfər təşkil edib. Onların 1711 nəfəri İNİ olub. 6 ayda isə ART-yə cəlb olunan 218 pasiyentdən 57 nəfərində İNİ aşkarlanıb.

Xəbər 2941 dəfə oxunub.




16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +