O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü


16.07.2017  11:14 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
XəzərNews.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, iyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 138 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 144 m3/s təşkil edərək ongünlük normanın 129 faizinə bərabər olub.

İyulun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 4, Şirvanda 2 sm artım qeydə alınıb

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il iyulun 14-də 350 sm), Şirvanda 161 sm, Salyanda 82 sm (2016-cı il iyulun 14-də 110 sm), Bankədə 175 sm (2016-cı il iyulun 14-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 14-də 70 sm) təşkil edir.

Xəbər 3025 dəfə oxunub.




16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +