Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


04.09.2018  11:54 

“Xaricdən maliyyələşənlər aşurada iğtişaş salmaq istəyir”





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlaması münasibətilə fətva verib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı idarədə tədbir keçirilib.

Tədbirdə çıxış edən A.Paşazadə deyib ki, Sovet dövründə də ölkəmizdə Məhərrəmlik ayı keçirilib: “O zaman da bu aya müqəddəs ay kimi baxıblar. O dövrdə ölkədə 17 məscid var idi, indi isə 2000 məscid var. Hazırda həm sünni, həm də şiə məzhəbindən olan qardaşlarımız bu məscidlərdə İmam Hüseyn əleyhsalamın təziyadarlığını edirlər.

Bir dəfə Hacı Salmanla da zarafat etdim. Dedim ki, onlar istəyirlər ki, İmam Hüseyni bizə verməsinlər, ancaq şiələrindir. İmam Hüseyn həm sünnilərin, həm də şiələrindir. Peyğəmbər övladıdır. Biz peyğəmbəri bölüşə bilmərik. Bəzi təxribatlar salmaq istəyən adamlar da var idi. Onların məqsədləri dinə yaxşılıq etmək deyil, dindən öz məqsədləri üçün istifadə etməkdir. Bu günlərdə xüsusilə aşura və matəm günlərindən istifadə edib iğtişaş salmaq, xalqımızın içində nifaq salmaq istəyirlər. Bunlar da əlbəttə ki, gözü gütürməyən xaricdən maliyyələşdirilən və yol göstərilən bəzi qrupların atdığı addımlardır. Amma bizim xalqmız həmişə oyaq olub. Həqiqətin nə olduğunu gözəl bilir. Aşura günü bizim üçün müqəddəsdir. Bu gün haqqın və ədalətin bərpa olunduğu gündür”.

Xəbər 3411 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +