Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


29.08.2018  12:45 

“Ora gestapo kimi bir yer idi” - Səbuhi Məmmədli





A+  A-

Tanınmış jurnalist Səbuhi Məmmədli bu ilin mart ayında yanan Respublika Narkoloji Mərkəzində müalicə aldığı bir günün dəhşətli təəssüratlarını sosial şəbəkədə paylaşıb.
XəzərNews.az xəbər verir ki, o, qeyd edib ki, mərkəz sözün həqiqi mənasında gestapo kimi yer olub: “QULAQ” dakı həbs düşərgələri belə oradan daha sivil görünürdü. Bu mərkəzin qapısı daim bağlı olurdu. 50-60 adam içəridə var-gəl etməklə məşğul idik.

İçəri natəmiz, hər yer siqaret kötükləri və qanlı şprislərlə dolu bir cəhənnəm vadisi idi.

Müxtəlif kateqoriyalı narkoman və alkoqoliklər, hepatitdən tutmuş Allah bilir ebolayacan 100 cürə xəstəliyin daşıyıcısı ağız-ağıza bir yerdə idi. Xüsusi rejim idi. Adi bir intizamsızlıq çarpayıya bağlanıb vəhşçicəsinə döyülməklə nəticələnirdi.

Mən ora girdiyim günün axşamı cılız bir narkomanı o qədər döydülər ki, axşamacan uladı. Hə, zarımadı, məhz uladı. Sonra başının qanını yumaq üçün tualetə apardılar. Koridordakı qan ləkələri bəlkə ora yananacan döşmədə qalmışdı.

Burada müalicə olmaq yox, dəli olacağımı anladım. Dərhal növbətçi həkimdən telefon istəyib Samirəyə zəng etdim ki, təcili məni buradan çıxarın. Mən çıxdım, az sonra ora yandı. Oradakı yeganə nurlu insan olan Azər Sadəddinov da həlak oldu”.

Xəbər 3324 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +