Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


19.06.2018  21:38 

“24 saat ərzində ora heç kim girə bilməz” - Deputat





A+  A-

"İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına rəsmi olaraq 111 nəfər müraciət edib”.
XəzərNews.az xəbər verir ki, bunu hazırda İmişli rayonunda olan Milli Məclisin deputatı Çingiz Qənizadə Modern.az saytına açıqlamasında bildirib: “Rəsmi müraciət edənlərin 74 nəfərindən qan və sidik nümunələri götürülərək müayinə olunmaq üçün Bakıya göndərilib. Fəhlələrin böyük əksəriyyətinə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Hazırda İmişli rayon Mərkəzi Xəstəxanasında 7 nəfər reanimasiyadadır. Mən onların hər biri ilə görüşdüm. Tam məsuliyyətlə deyirəm ki, səhhətləri yaxşıdır. Yəqin bir neçə saatdan sonra həmin şəxslər də evə buraxılacaq. Pambıq sahəsində zəhərlənənlərin sayı bağlı səsləndirilən müəyyən fikirlər həqiqətə uyğun deyil”.

Deputat bildirib ki, hazırda Baş prokurorun birinci müavini Rüstəm Usubov da İmişlidədi və prokurorluqda məsələ ilə əlaqədar iş gedir: “Həmçinin, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli öz komandası ilə burdadır. Əkin sahələrindən nümunələr götürülür. Yəqin ki, yaxın bir neçə günə zəhərlənmənin səbəbi müəyyən olunacaq. İlkin ehtimala görə, istifadə olunan kimyəvi dərmanların keyfiyyəti və ya onun tələblərinə əməl edilməməsi bu hadisəyə səbəb olub. Yəni dərmanlar sahəyə vurulduqdan sonra 24 saat ərzində ora heç kim girə bilməz. Ola bilər ki, bu müddət buraxılıb və zəhərlənmə əlamətləri hiss olunub. Buna baxmayaraq hazırda hər şey qənaətbəxşdir”

Xəbər 3322 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +