Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


21.05.2018  14:11 

Bakıya mer təyinatı uzanır - Şəhər İcra Hakimiyyəti ləğv oluna bilər?..





A+  A-

Prezidentin sərəncamları ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənəndən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısız qalıb. Prezident lham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı postu boşdur.
Artıq bir aya yaxındır Bakı Şəhər İcra Hakimiyyətini başçının müavini Fidumə Hüseynova idarə edir.

Gələcək merin kimliyi hamını maraqlandırır. Təyinatın gerçəkləşməsi isə uzanır. Əksəriyyət bu postda görmək istədiyi şəxslərin adını sadalamaqla fərqli müzakirələr açır. Bu arada yayılan məlumatlaraa görə, Bakı rayonlarının hər birnin icra başçısı olduğuna görə Şəhər İcra Hakimiyyətinin ləğv ediləcəyi və bu posta təyinatın olmayacağı da gözləniləndir.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a bildirib ki, Bakı böyük şəhər olduğuna görə onun geniş planları var.

“Rayonlarda müəyyən narazılıqlar və uyğunsuzluqlar olur. Ona görə də bu məsələləri nizamlayan, nəzarət edən orqan olmalıdır. Həmçinin, dövlət başçısının tapşırığını rayon icra başçılarına çatdıran, həmin tapşırıqların icrasına nəzarət edən orqanın olması vacibdir. Bakı Şəhər İcra Hakimiyyətinin olması, paytaxın rayonlarının icra hakimiyyətini əlindən almır. Nizamnamədə onların səlahiyyətləri açıq şəkildə göstərilib”.

Deputat bildirib ki, Bakıya yeni merin təyin olunması dövlət başçısının səlahiyyətlərinə aiddir.

“Ola bilər ki, buna səbəb kadr məsələsidir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi yüksək və şərəfli vəzifədir. Bu posta elə adam təyin olunmalıdır ki, iqtisadiyyatı, siyasəti, sosial sahələri yaxından bilsin. Bu posta sözsüz ki, təyinat olacaq. Ancaq bu posta yaxşıların yaxşısı təyin olunmalıdır. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. İnkişaf edən şəhərdir. Əhalinin sayına görə də dünyada fərqlənən şəhərdir. Ona görə də hesab edirəm ki, bu şəhərin başçısınin intelektual və bilik səviyyəsi yüksək olmalıdır”.

Xəbər 3698 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +