İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq


03.04.2021  12:16 

Paşinyana müxalif siyasətçi ölkədən buraxılmır





A+  A-

Ermənistanın Xüsusi İstintaq Xidməti "Vətənin Xilası" hərəkatının koordinatoru və ARF "Daşnaksütyun" Partiyası Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyanın Ermənistanı üç günlük tərk etməsinə icazə verməyib.
XəzərNews.az xəbər verir ki, bu barədə siyasətçi özünün feysbuk səhifəsində məlumat verib. Belə ki, Saqatelyana qarşı qanunsuz aksiya təşkil etmək ittihamı ilə cinayət işi başladılıb. Bu səbəbdən qabaqlayıcı tədbir olaraq ona ölkədən çıxmaq qadağan olunub. Saqatelyan xaricdə partiya işi ilə əlaqəli əhəmiyyətli işlərinin olduğunu bildirərək istintaq orqanına müraciət etsə də rədd cavabı alıb. İstintaq orqanı qərarı Saqatelyanın davranışlarına nəzarət edə bilməyəcəkləri ilə əsaslandırıb.

"Məndə belə bir təəssürat yarandı ki, istintaq orqanı qərarı əsaslandırmağa və ya heç olmasa bir açıqlama verməyə belə çalışmayıb. Sasun Xaçatryan və onun kuklaları tərəfindən təmsil olunan Xüsusi İstintaq Xidməti, qanunsuz hərəkətlərə əl ataraq ruhi xəstələrin qanunsuz əmr və göstərişlərini icra etməyə davam edir",-deyə Saqatelyan qeyd edib.

Qeyd edək ki, İşxan Saqatelyan vaxtaşırı İstintaq Komitəsinə çağırılır. O aksiyaların qeyri-qanuni təşkilindən əlavə, baş nazir Nikol Paşinyan hakimiyyətini zorla dəyişdirməyə çağırmaqda da ittiham olunur. Saqatelyan isə bunu siyasi sifariş hesab edir və cinayət ittihamını qanunsuz hesab edir.

Xəbər 1646 dəfə oxunub.




12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +