200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.08.2021  14:32 

İran Britaniyanın iddialarını əsassız adlandırdı





A+  A-

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın İranın gəmi hücumunda iştirakı ehtimalına dair ittihamlarını əsassız adlandırıb.
XəzərNews.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran XİN Britaniyanın xarici işlər naziri Dominik Raabın İranın Oman sahillərində gəmiyə hücumda iştirakı ilə bağlı ittihamlarını təxribat və əsassız qiymətləndirib. İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadənin iddiasına görə, britaniyalı nazir heç bir sübut gətirmədən amerikalı həmkarı ilə razılaşdırılmış fəaliyyətlər çərçivəsində bu bəyanatı yayıb.

“Çox təəssüf ki, bu ölkələr (ABŞ və Böyük Britaniya – red.) Qırmızı dəniz və beynəlxalq sularda İranın ticarət gəmilərinə qarşı terror hücumları və təxribat hallarında susdular, lakin İrana qarşı yalan, siyasi qərəzli ittihamlar irəli sürdülər”, -deyə Xətibzadə əlavə edib.

Qeyd edək ki, Yaponiya şirkətinə məxsus “Mercer Street” tankeri Ərəbistan dənizində hücuma məruz qalıb. Şirkətin London nümayəndəliyi “Zodiac Maritime” quldurların hücumu kimi güman edilən bu insidenti təsdiqləyib. Britaniya isə öz növbəsində “Mercer Street”lə bağlı insidentə görə İrana cavabın hazırlandığını bəyan edib.

Xəbər 1996 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +