200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.08.2021  12:10 

Paşinyan yenidən Ermənistanın Baş naziri oldu





A+  A-

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin Baş naziri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı "Sputnik Ermənistan" yayıb.

Qeyd edək ki, Paşinyanın bu vəzifəyə namizdəliyini“Vətəndaş razılaşması” partiyasının rəhbəri Hayk Koncoryan və partiyanın katibi Nazeli Baqdasaryan irəli sürüb.

“Yeni parlament öz səlahiyyətlərini qəbul etdikdən sonra Ermənistan Prezidenti parlamentdə üstünlük qazanmış partiyanın təklif etdiyi namizədi Baş nazir təyin edir. Baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyi irəli sürülür”, - deyə Nazeli Baqdasaryan öz feysbuk hesabında məlumat paylaşmışdı.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də baş tutub. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Vətəndaş razılaşması” partiyası parlamentdə tam üstünlüyünü təmin edib. Belə ki, parlamentdə bu partiyanı 71 millət vəkili təmsil edir.

Xəbər 2093 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +