200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.08.2020  08:46 

“Lukaşenko heç yerə qaçmayıb” - Mətbuat xidməti





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko bütün günü igamətgahında işləyib, mitinqçilərin gəldiyi vaxt da orada olub, daha sonra vertolyotda şəhəri gəzib, qayıdıb və işləməyə davam edir: o heç yerə qaçmayıb.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont "ONT" telekanalının efirində bildirib.

Esymont qeyd edib ki, “nə baş verəcəyini görən mitinqçilərin cəsarəti çox uzun çəkmədi, bu insanlar tez çöndülər və əks istiqamətə qaçdılar”.

“Bundan sonra prezident vertolyot çağırdı və şəhəri gəzdi. Yüksəklikdən mitinqə baxdı, həmçinin vəziyyətə nəzarət edirdi. Tezliklə Müstəqillik sarayına qayıdan prezident, ilk növbədə, sarayı perimetr boyu müdafiə edən şəxslərə təşəkkürünü bildirdi. Eləcə də OMON-çulara yaxınlaşdı, onlarla söhbətləşdi, həmçinin onlara da təşəkkür etdi”, - Eysmont deyib.

Onun sözlərinə görə, ayrı-ayrı bloqqerlər və teleqram kanallar A.Lukaşenkonun ölkədən qaçdığını iddia etsə də, “prezidentin söz verdiyimi kimi, o heç yerə qaçmayıb”.

“Bu dəqiqələrdə prezident indiyədək Müstəqillik sarayında çalışır”, - o deyib.



Xəbər 1871 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +