200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.01.2019  10:56 

İngiltərədə “Sarı jiletlilər“ aksiyası başlayır





A+  A-

İngiltərədə vətəndaşlar küçələrə axışacaq.
XəzərNews.az xəbər verir ki, Xalq Məclisi Hərəkatı şənbə günü Londonda etiraz aksiyası keçirilməsinə çağırış edib.

Buna səbəb hökumətin iqtisadi və sosial məhdudiyyətlər tətbiq etməsidir. Həmçinin, 2010-cu ildən bəri iqtidarda olan Mühafizəkar Partiyasını devirmək üçün parlament seçkilərinin keçirilməsi çağırışı da təkrarlanacaq. Xalq Məclisi Hərəkatı aksiyalara qatılanlardan Fransa nümayişlərindəki kimi sarı jilet geyinmələrini istəyib.

700 mindən çox insan sosial media vasitəsilə hərəkata qatılacağını açıqlayıb. Hökumətin miqrant siyasətinə qarşı çıxan İrqçiliyə Qarşı Hərəkat da aksiyalara dəstək verəcək. Keçmiş millət vəkili Laura Pidkuk aksiyada çıxış edəcəyini bildirib.

Aksiyalara qarşı çıxan Mühafizəkarlar Partiyasından millət vəkili Anna Saubri ikinci referendum tələb edən sarı jiletlilərə faşist deyib.

Xəbər 1417 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +