“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı


02.05.2025  11:44 

Rusiya - Ukrayna müharibəsi tezliklə bitməyəcək - Vens





A+  A-

“ABŞ-ın vitse-prezidenti J.D.Vens hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə bitməyəcək”.

XəzərNews.az xəbər verir ki, o, bu barədə mayın 2-də YouTube-da dərc olunan Fox News-a müsahibəsində bildirib.

Vens qeyd edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya və Ukraynaya müharibəni bitirmək üçün “komromis tapmağa” necə kömək etmək məsələsi ilə üzləşir, lakin “məhz Rusiya və Ukrayna razılığa gəlməli və bu amansız münaqişəyə son qoymalıdır”.

Siyasətçi əlavə edib ki, indi hər bir tərəf rəqibin sülhə nail olmaq üçün hansı şərtləri irəli sürdüyünü bilir.

"Bəli, əlbəttə ki, ukraynalılar işğal olunmalarına görə qəzəblənirlər. Amma biz bu və ya digər şəkildə bir neçə kilometr ərazi üzərində minlərlə əsgər itirməyə davam edəcəyikmi?" - deyə o əlavə edib.

Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Rusiya və Ukrayna arasında danışıqların perspektivləri ilə bağlı nikbinliyini ifadə edib və “hər iki tərəfin özünə gələcəyinə” ümid etdiyini bildirib:

“Mən əminəm” demək çətindir. Qərar Rusiya və Ukraynanın ixtiyarındadır, biz onları sadəcə olaraq söhbətə cəlb edirik”.

Xəbər 2414 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +