200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.05.2022  17:09 

Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb





A+  A-

Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Astaranın Diqo kəndinə (56 şagird) 285 min, Bərdənin Qaratəpə kəndinə (20 şagird) 207 min, Biləsuvarın Əmənkənd kəndində (56 şagird) 285 min, Cəlilabadın Vənlik kəndinə (80 nəfər) 354 min, Cəlilabadın kəndlərinə – Söyüdlü (96 şagird) 382 min, Həsənli (80 şagird) 354 min, Xaçmazın Mollabürhanlı kəndinə (96 şagird) 382 min, İsmayıllının kəndlərinə – Çəmənliyə (80 şagird) 354 min, Zərnavaya (80 şagird) 354 min, Qubanın Qələdüz kəndinə (132 şagird) 424 min, Lerikin Kəlvəz kəndinə (56 şagird) 285 min, Lerikin Anburdərə kəndinə (56 şagird) 285 min, Neftçalanın F.Mayılov adına Şorkənd kəndinə (96 şagird) 382 min, Sabirabadın Güdəcühür kəndinə (56 şagird) 285 min, Şamaxının Çöl Göylər kəndinə (96 şagird) 382 min manat ayrılıb.

Modul tipli məktəblərin 2022-ci ildə təhvil verilməsi nəzərdə tutulub.

2020-2021-ci illərdə 34 modul tipli məktəb istifadəyə verilib.

Xəbər 2421 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +