200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


14.08.2021  15:22 

Övladını kanala atan ana saxlanıldı - Rəsmi





A+  A-

Biləsuvar Rayon Prokurorluğu Biləsuvarda ananın övladını və özünü kanala atması faktı ilə bağlı məlumat yayıb.
XəzərNews.az-ın məlumatına görə, prokurorluqdan bildirilib ki, avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar RMX-yə daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.



Xəbər 2479 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +