200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.08.2021  15:27 

Moskvada bir sıra məhdudiyyətlər ləğv edilir





A+  A-

“Moskvada koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin bir hissəsi ləğv edilir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin öz rəsmi bloqunda yazıb.

Mer bildirib ki, bu gündən etibarən müəssisələrdən və təşkilatlardan 65 yaşdan yuxarı olan əməkdaşlar və xroniki xəstəliklərdən əziyyət çəkən işçilər də daxil olmaqla əməkdaşlarının 30%-ni distant iş rejiminə keçirmələri ilə bağlı mütləq tələb ləğv edilir.

Lakin bununla belə, şirkətlərə əgər bu rejim quruma zərər vurmayacaqsa, distant iş rejiminə davam etmələri də tövsiyə olunub.

Həmçinin, iş başlamadan əvvəl əməkdaşların temperaturunu ölçmək mütləq tələb olaraq qalıb. Lakin indi hər dörd saatdan bir əməkdaşların temperaturu ölçülməlidir.

Bununla yanaşı, zooparklara və digər qapalı pavilyonlara girişlə bağlı qadağalar ləğv edilir.

Sobyanin əlavə edib ki, bütün bunlarla yanaşı, digər profilaktik tədbirlər qüvvədə qalır. Belə ki, Moskva sakinləri əvvəl olduğu kimi ictimai yerlərdə maska taxmalı və sosial məsafəni qorumalıdır.

Həmçinin, kütləvi tədbirlər keçirmək, teatr, kino və konsertlərə getmək qadağandır.

Xəbər 1916 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +