200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.11.2020  15:43 

Türkiyədə karantin gücləndirildi





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Nazirlər Kabineti “COVID- 19”la bağlı yeni qərarlar qəbul edib.
XəzərNews.az xəbər verir ki, imzalanan bütün qərarlar Səhiyyə Nazirliyi tərəfindən 81 vilayətə göndərilib.

Qaydalara əsasən, restoran, kafe, şirniyyat evi, çayxana, qiraətxana, bərbərxana, gözəllik mərkəzləri, nikah salonları, şadlıq sarayları, idman zalları, internet klublar, əyləncə mərkəzləri, teatr, kino, konsert zalları, hamam və saunalar saat 22:00-a qədər bağlanacaq.

Dövlət sektorunda çalışan 60 yaşdan yuxarı şəxslər, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və 10 yaşdan kiçik uşağı olanlar evdən işləyə biləcəklər.

Bütün dövlət qurumları növbə ilə işləyəcək.

Sənaye sektorundakı işçilər səhər saat 7:00-da işə başlayacaqlar. Bu qərar 9 noyabrdan etibarən tətbiq ediləcək.

Vətəndaşların sıx olduğu bazar, market, dayanacaq, avtobus, küçə, park və alış-veriş mərkəzlərində sosial məsafələrə riayət olunması tələb edilib.

Xəbər 2117 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +