200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.06.2017  16:12 

SOCAR-ın yaralanan əməkdaşlarından son xəbər





A+  A-

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin iyunun 28-də seysmik kəşfiyyat işləri apararkən xəsarət alan əməkdaşlarının müalicə olunması üçün bütün zəruri olan tibbi xidmətlər göstərilir.
XəzərNews.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə Kliniki Tibbi Mərkəzə hadisə nəticəsində xəsarət alan 5 nəfər daxil olub. Xəstələrin 1-i reanimasiya, 2-si travmatologiya, 2-si isə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, iyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirərək 34 saylı meydançanın ayağına toxunub. Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər 1551 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +