200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.03.2017  11:10 

DİM niyə çaşqınlıq yaradır - Sınaq imtahanları qəbul imtahanından sonraya salındı





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM)16 mart 2017-ci tarixindən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün abituriyentlərdən elektron sənəd qəbuluna başlayıb.
2017-ci il ərzində keçiriləcək imtahanların qrafiki qurumun rəsmi saytında yerləşdirilb. (http://tqdk.gov.az/news/events/2030/).

Dövlət İmtahan Mərkəzinin sınaq imtahanlarının keçirilmə tarixini mayın sonuna salması abituriyentlərdə narazılıq yaradıb. Belə çıxır ki, sınaq imtahanları ilk qəbul imtahanlarından sonraya salınıb.

Məsələyə təhsil eksperti Kamran Əsədov da münasibət bildirib:

“Bildiyiniz kimi, hər il DİM (TQDK) ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanları keçirirdi. Lakin bu il keçriləcək sınaq imtahanları (27.05.17 və 11.06.17) çox gec tarixə salınıb. Hətta ali məktəblərə keçiriləcək ilk qəbul imtahanından sonraya düşür (aprel-may). Belə çıxır ki, toydan sonra nağara? Abituriyent ilk növbədə sınaq imtahanında özünü yoxlamalıdır, sonra qəbul imtahanında iştirak etməlidir.
Növbəti uyğunsuzluq: rus bölməsi abituriyentlərinin Azərbaycan dili üzrə keçiriləcək imtahan tarixi ikinci qəbul imtahanın tarixi (11.06.17) ilə üst üstə düşür.
Hələ imtahanlar başlamayıb, indidən abituriyent və valideynlərin əsəbləri ilə oynayırlar”.

Xatırladaq ki, sınaq imtahanlarında bir dəfə iştirak üçün 20 manata ödəniş müəyyənləşdirlib.

(modern.az)

Xəbər 3325 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +