İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


19.02.2025  17:31 

Bakı Arbitraj Mərkəzi yaradıldı





A+  A-

Bakı Arbitraj Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

XəzərNews.az xəbər verir ki, Bakı Arbitraj Mərkəzi Fransanın Paris-Est Creteil Universitenin hüquq üzrə professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri və Azərbaycan Respublikasının Ali məhkəməsinin elmi-məsləhət şurasının üzvü Professor Kəmalə Mehdiyeva tərəfindən təsis olunub.

Kəmalə Mehdiyeva qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin yaradılması ilə ölkədə tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yolu olan arbitrajın inkişafı üçün bütün vacib elementlər – arbitrajla bağlı mütərəqqi hüquqi baza, arbitrajın inkişafı üçün dövlət dəstəyi və yeni yaradılmış arbitraj təşkilatı – artıq formalaşıb.

Qeyd edək ki, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 2024-cü il 25 yanvar tarixində qüvvəyə minmişdir və arbitraj sahəsində ən müasir təcrübələri əks etdirən “Beynəlxalq Ticarət Arbitrajı haqqında” 1985-ci il tarixli (2006-cı ildə edilmiş dəyişikliklərlə) UNCITRAL Model Qanundan belə daha mütərəqqi xarakter daşıyır. Qanun Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən sınaqdan keçmiş və Komissiya həmin Qanunun mütərəqqi beynəlxalq təcrübəni əks etdirən və beynəlxalq arbitraj sahəsində vahid standartlar müəyyən edən “Model Qanuna” uyğun olduğunu təsdiqləmişdir.

Bakı Arbitraj Mərkəzin yaradılması dövlət-özəl tərəfdaşlığının ən önəmli təzahürlərindən biridir. Belə ki, dövlət iqtisadi subyektlər arasında, xüsusilə xarici elementli mubahisələrin dövlət məhkəmələri tərəfindən deyil, qeyri-dövlət qurumu – arbitraj təşkilatları vasitəsilə həll olunmasına yol açır. Qeyd edilməlidir ki, “Arbitraj haqqında” Qanunun layihəsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

Eyni zamanda, arbitrajın təşəkkülü ölkədə sahibkarlığın inkişafına, Azərbaycanın investisiya məkanı kimi cəlbedəcəliyinə, o cümlədən dövlət iqtisadiyyatına və ölkədə hüquq sisteminin möhkəmlənməsinə töhfə verəcəkdir. Bu kontekstdə, arbitraj institutlarının yaradılması və inkişafı mübahisələrin effektiv həlli üçün mühüm mexanizm rolunu oynayır.

Kəmalə Mehdiyevanın fikrincə, Bakı Arbitraj Mərkəzin yaradılması önəmli bir təşəbbüsdür. O qeyd edir ki, danılmaz həqiqətdir ki, iqtisadi münasibətlərin qloballaşması fenomeni mübahisələrin həllinin spesifik üsulunun - arbitrajın inkişafına səbəb olmuşdur və Bakı Arbitraj Mərkəzin fəaliyyəti ölkəmizdə və regionda arbitraj mexanizmini inkişaf etdirməyə imkan verəcək və bununla da Azərbaycan Respublikasında əlverişli biznes və investisiya mühitinin təşviq edilməsinə töhfə verəcək

Xəbər 2826 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +