İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


30.09.2018  11:17 

Azərbaycanda sərnişinlər ən çox avtobuslardan istifadə edir





A+  A-

2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 151,8 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub.
XəzərNews.az-ın məlumatına görə, yüklərin 3,7 faizi dəniz, 6,0 faizi dəmir yolu, 0,1 faizi hava, 65,0 faizi avtomobil nəqliyyatı, 25,2 faizi isə boru kəməri ilə daşınıb.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 279,1 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-avqust ayları ərzində 9,1 milyon ton yük, 1 milyon 766,3 min sərnişin, dəniz nəqliyyatı ilə 5 milyon 559,7 min ton yük, 10,9 min nəfər sərnişin daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 98,8 milyon ton yük, 1 milyard 125,3 milyon sərnişin daşınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1 milyon 687,3 min sərnişin daşınıb.

Xəbər 3021 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +