Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


23.08.2017  12:56 

Sabahın havası – 41 dərəcə isti olacaq





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Rayonlarda yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.


Xəbər 3574 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +