Məhkəmə İmamoğlunun həbsinə qərar verdi
Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?


15.07.2025  11:54 

Naxçıvan universiteti təkzib etdi: Bəzi dekanların tələbələrə qarşı qeyri-etik hərəkətlər etməsi...





A+  A-

Naxçıvan Dövlət Universitetində (NDU) qiymət yazılması üçün dekanlar tərəfindən tələbə qızlara əxlaqsız təkliflərin edildiyi iddia olunur.

Bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.

İddiaya görə, tələbələrdən bəziləri baş verənləri gizli şəkildə lentə alıb aidiyyəti üzrə təqdim etsələr də, nəinki məsələ araşdırılmayıb, hətta onlar təzyiqə məruz qalıblar.

XəzərNews.az xəbər verir ki, NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, bəzi dekanların tələbələrə qarşı qeyri-etik hərəkətlər etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Yayımlanan bu məlumatlar tamamilə əsassız, yalan, böhtan xarakterlidir və reallığı əks etdirmir. Universitetdə müəllim-tələbə münasibətlərində yüksək etik qaydalara və qanunvericiliyin tələblərinə çox ciddi riayət olunur.

Universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülmüş bu məsələ dəqiqliklə araşdırılıb, heç bir rəsmi şikayət və ya sübut olmadığından, yayımlanan məlumatların əsassız olduğu üzə çıxıb”.

Qeyd olunub ki, NDU-da imtahan prosesi mərkəzləşdirirlmiş qaydada tam şəffaf təşkil edilir və tələbələrin qiymətləndirilməsi obyektiv şəkildə aparılır:

“Hazırda hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub, yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanıb”.

Xəbər 917 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +