200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.02.2020  10:43 

“İdeal” cərimələndi





A+  A-

Yaxın günlərdə ölkədə “Sabina” parfumeriya mağazalar şəbəkəsini satın alan “İDEAL Kompani” MMC (birləşmədən sonra adını dəyişib, hazırkı adı – “ADORE Kompani” MMC cərimələnmə ilə üz-üzə qalıb.
XəzərNews.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 19 dekabr 2019-cu ildə qərar çıxarılıb.

Məsələ ilə bağlı Şirkətin baş direktoru Samir Əliyev (eləcə də qanuni təmsilçisi) tərəfindən Bakı Apellyasiya Məhkəməsinə (BAM) müraciət edib, narazı qaldığı bildirilir. BAM-ın çıxardığı qərara əsasən qeyd edilən qərar ləğv edilərək, yenidən 1-ci instansiya məhkəməsinə göndərilib.

Parfümeriya şirkətinin cərimələnmə səbəbi isə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, açıq məkanda texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsidir.

Xatırladaq ki, bu inzibati xətaya görə cərimələnmə Dövlət Reklam Agentliyi tərəfindən protokol kimi tərtib edilir və məhkəməyə göndərilir.

Bu protokola görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Xəbər 2014 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +