“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.04.2021  10:08 

Putin bu gün Paşinyanla görüşəcək





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
XəzərNews.az xəbər verir ki, daha əvvəl Kremlin Mətbuat xidməti görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasına baxılacağını bildirmişdi. Bundan əlavə, görüş zamanı bölgədəki mövcud problemlərin, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində həll olunması üçün əlavə addımlar müzakirə ediləcək.

Putinin Paşinyanla Rusiya-Ermənistan strateji tərəfdaşlığının inkişafının aktual məsələlərini və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı fəaliyyət perspektivlərini də müzakirə edəcəyi gözlənilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, tərəflər Ermənistandakı seçki prosesi ilə bağlı fikir mübadiləsi aparmağı da planlaşdırırlar.

Paşinyan “İnterfaks”a müsahibəsində Ermənistanın hərbi-texniki daxil olmaqla Rusiya ilə geniş və uzunmüddətli əməkdaşlığa yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Rusiya silahlarını, xüsusən “Su-30SM” qırıcılarını almağa davam etməyi planlaşdırır.

Xəbər 1717 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +