“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.12.2017  14:09 

Müharibə qapıda: ABŞ Ukraynanı silahlandırmağa başladı





A+  A-

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hiter Nauert Ukraynaya silah satışı ilə əlaqədar açıqlama verib.
XəzərNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, açıqlamada kənar hücumlara qarşı müdafiə məqsədilə ABŞ Ukraynaya inkişaf etdirilmiş müdafiə sistemlərinin satılması barədə qərar qəbul etdiyi diqqətə çatdırılır. Ukraynaya satılacaq silahların tamamilə müdafiə məqsədli olduğu bildirilib.

Açıqlamada həmçinin Krım münaqişəsi ilə əlaqədar Rusiya Minsk anlaşmasının şərtlərini yerinə yetirməyə çağırılıb.

ABŞ-da fəaliyyət göstərən “ABC” telekanalı isə Amerika prezidenti Donald Trampın Ukraynaya tank əleyhinə raket sistemləri satmaq qərarı verdiyini iddia edib. Məlumatda qeyd edilir ki, Trampın qərarı Konqres tərəfindən təsdiq ediləcəyi halda, qarşıdakı 30 gün ərzində Ukraynaya yeni silahların satılması həyata keçiriləcək. Satılması planlaşdırılan silahlar arasında Amerika istehsalı “Javelin” sistemləri var.

Dövlət Departamentindən telekanala verilən məlumata görə 47 milyon dollar həcmində olan anlaşma əsasında Ukraynaya 210 ədəd tank əleyhinə raket və 35 ədəd raketatan sistem veriləcək. Telekanal bildirir ki, anlaşma Konqres tərəfindən təsdiq ediləcəyi halda, bu, Rusiya və ABŞ arasındakı gərginliyi daha da qızışdıracaq.

Xəbər 1620 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +