İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


16.11.2018  18:34 

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur





A+  A-

İspaniyada dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa qoyulacaq.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökuməti dizel və benzin mühərriki ilə işləyən, atmosferə karbon qazı buraxan minik avtomobillərinin satışını və qeydiyyatını 2040-cı il üçün qadağan etmək niyyətindədir.

Belə tədbirlər partiyaların tanış olması üçün hökumətin təqdim etdiyi iqlim dəyişmələri və ekoloji keçid barədə qanun layihəsində nəzərdə tutulub. Hakimiyyət orqanları bu qanun layihəsinin 2018-ci ilin sonu üçün parlamentdə nəzərdən keçirilməsinə ümid bəsləyirlər.

Son məqsəd bundan ibarətdir ki, 2050-ci il üçün İspaniya yollarında atmosferə parnik qazları buraxmayan ekoloji təmiz avtomobillər şütüsün. Məhdudiyyətlər benzin və dizellə işləyən avtomobillərdən başqa təbii maye qazla işləyən hibridlərə və avtomobillərə də şamil olunacaq.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Norveç, Almaniya və başqa ölkələrdə də analoji qanun layihələri nəzərdən keçirilir.

Xəbər 1542 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +