Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


17.05.2018  13:46 

DİN-in sabiq polkovniki 2 azərbaycanlını qətlə yetirib





A+  A-

Rusiyada DİN-in sabiq polkovniki iki azərbaycanlını qətlə yetirməkdə ittiham edilir.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, seriyalı qatil Aleksey Jdanov hələ ötən il yolu bölüşə bilmədiyi üçün Moskvanın mərkəzində 38 yaşlı “İnfiniti”nin sürücüsü olan Azərbaycan vətəndaşını təqib edərək “Makarov” tipli tapança ilə onu qətlə yetirmişdi. Daha sonra özünə məxsus “Jiquli” avtomobilini yandırmışdı. Lakin Jdanovu polis sutka ərzində yaxalaya bilmişdi.

İstintaqın gedişi zamanı onun daha bir azərbaycanlının qətlində əli olduğu məlum olub. Qətlə yetirilən kişi meyiti ötən ilin sentyabrın 8-də meşədən tapılıb. Ölən azərbaycanlı “Reno Loqan”la şəxsi daşıma həyata keçirməklə məşğul olub.

Hazırda birinci qətlin baş vermə şəraiti və motivləri araşdırılır.

Xəbər 2774 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +