200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


05.05.2023  20:27 

“Emosional qızışdırıcılıq kimsəyə xeyir-fayda gətirməyəcək“ - Rəşad Bakuvi





A+  A-

"Anlamalıyıq ki, biz azərbaycanlılara da, ermənilərə də, bütövlükdə Cənubi Qafqazın yeni nəsillərinə 200 ildən sonra əbədi sülh, barış lazımdır, "qalib" və "məğlub" söhbətlərini yığışdıraq artıq leksikondan".

Bu barədə açıqlamanı XəzərNews.az-a AY Partiya Başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi verib.

R.Bakuvi bildirib ki, artıq elədiyimizi eləmişik:

""Böyük Ermənistan" xülyasına son qoymuşuq. Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimizə öz əsgərlərimiz nəzarət edir. Yarımçıq qalan bəzi işləri də həll edəcəyimiz tarix uzaqda deyil. Bundan sonra emosional qızışdırıcılıq kimsəyə xeyir-fayda gətirməyəcək, əksinə hər dəfə region barıt çəlləyinə dönür, hər iki tərəfdən insanlar ölür. Bütün bunlar isə bölgədə qan, müharibə, düşmənçilik istəyən Kremlə və onun bölgəmizdəki uzantılarına "ayaq yeri" qoyur.
Məqsəd böyük sülh müqaviləsinin bağlanmasıdır, Cənubi Qafqaza uzunmüddətli sabitliyin, sülhün, birgəyaşayışın, iqtisadi tərəqqinin gəlməsidir".

Onun sözlərinə görə, bu müqavilə əsasında Azərbaycan ona aid olan suveren əraziləri geri qaytaracaqsa da, bunu labüd bir hadisə kimi təqdim etmək lazımdır:

"Vəssalam! Daha ura-patriotluğa, qızışdırıcılığa, ucuz pafosa gərək yoxdur. Böyük xalq kimi davranmalı, böyüklük etməliyik. Bitsin artıq bu qan-qada, ölüm-itim, müsibət və faciə!"



Xəbər 1402 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +