200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.05.2023  19:27 

Vaşinqtonda hər hansı kompromislər əldə edilib - Pol Qobl





A+  A-

Xəbər verdiyimiz kimi, artıq 4 gündür davam edən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü bu gün yekunlaşıb.

ABŞ-ın Dövlət Departamenti görüşlə bağlı hər hansı bir məlumat verməsə də, bir sıra erməni nəşrləri və hakimiyyətə yaxın KİV-lər Amerikanın Bayramov-Mirzoyan görüşünün təşkil edilməsindən daha çox tərəflərin “Münasibətlərin normallaşdırılması haqqında saziş”i imzalanmasında maraqlı olduğunu yazırlar.

Analitiklərin fikrincə, bu, Vaşinqtonun bölgədə təsir rıçaqlarına artırmaq niyyətində olması ilə yanaşı regionda Rusiya təsirini dəf etməyə yönəlib.

XəzərNews.az xəbər verir ki, amerikalı politoloq, 2001-ci ildəki Kyu-Uest danışıqlarının iştirakçısı Pol Qobl Yenisabah.az-a açıqlamasında söyləyib ki, Birləşmiş Ştatlar tərəflərin vasitəçi olmadan danışıqlar aparmasında maraqlıdır.

“ABŞ münaqişə ilə bağlı hər hansı razılaşmanın kənar şəxslərin cəlb edilməsindən daha çox iki hökumət arasında danışıqlardan qaynaqlanması fikrini dəstəklədiyi üçün Dövlət Departamenti bu barədə artıq bir şey söyləməyib. Çünki bu, nəticəyə nəzarət etmək istəyən Moskvanı, habelə ABŞ və Avropa İttifaqını bir-birinə qarşı qoya bilər. Ona görə də Birləşmiş Ştatlar bu məsələyə təmkinlə yanaşır. Mənə elə gəlir ki, Vaşinqtonda hər hansı kompromislər əldə edilib.

Düşünürəm ki, tərəflər, bu həftə olmasa da, gələcəkdə danışıqlarını davam etdirəcəklər. Fikrimcə, “Münasibətlərin normallaşdırılması haqqında saziş”in imzalanması tərəflər üçün regionda təhlükəsizliyin və sülhün yaranmasına gətirib çıxara bilər”.

Xəbər 1385 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +