200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.05.2023  15:27 

Hökumət pensiyaçıları necə soyur? - Fakt





A+  A-

“Bildiyiniz kimi hər kəs pensiyaya çıxanda onun topladığı sığorta kapitalı 144-ə bölünür və alınan məbləğ aylar üzrə təqaüd kimi ödənilir. 144 (12 il x 12 ay = 144) rəqəmi o deməkdir ki, guya pensiya yaşı çatan və bu hüququ qazanan ahıl vətəndaşlarımızın orta hesabla gözlənilən pensiya müddəti 12 ildir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib.

Q.İbadoğlu bildirib ki, əslində isə rəsmi statistik məlumatlar göstərir ki, faktiki olaraq pensiyaçılar təqaüdə çıxandan sonra 7-8 il ömür sürürlər və onlara 12 il deyil, orta hesabla 8 il pensiya verilir:

“Belə olan halda da pensiyaya çıxan hər kəsin işlədiyi dövrdə topladığı sığorta kapitalı 144-ə deyil, 96-ya (8 il x 12 =96) bölünməlidir.

İndi fərz edək ki, sizin pensiya yaşınız çatıb və sığorta hesabınıza 56 min manat kapitalı yığılıb, bu məbləği 144-ə böləndə hər aya 388 manat (56000/144=388) düşür, amma siz 12 il deyil, orta hesabla 8 il pensiya aldığınıza görə həmin məbləği 96 ya böləndə orta aylıq təqaüd məbləği 388 manat deyil, 583 manat (56000/96=583) edir. Deməli, bu sosial ədalətsizliyə görə, 56 min sığorta kapitalı ilə pensiya çıxan şəxsdən hər ay 200 manata qədər vəsait oğurlanır. Odur ki, ədaləti bərpa etmək üçün ya pensiya yaşı qadınlar üçün 55, kişilər üçün 60-a endirilməli, ya da pensiyanın hesablanması metodologiyasında dəyişiklik olunmalı, toplanmış sığorta kapitalı 144-ə deyil, 96-ya bölünməlidir”.



Xəbər 1562 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +