200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.05.2023  12:32 

Türkiyə erməni təyyarələri üçün hava məkanını niyə bağlayıb?





A+  A-

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə hava məkanının erməni təyyarələri üçün bağlandığını açıqlayıb.

O, bu barədə NTV-yə müsahibəsində məlumat verib.

Çavuşoğlu bildirib ki, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub:

“Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik. Davam etsələr, yeni addımlar atacağıq”.

Məlumata görə, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub: “Bu, qəbuledilməzdir. Buna cavab olaraq hava məkanımızı Ermənistan təyyarələri üçün bağladıq. Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfəri istisna olacaq, buna icazə verdik. Ermənistan belə davam edərsə, yeni addımlar atacağıq”.

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.

Xəbər 1381 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +