200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.10.2019  11:42 

Azərbaycanda saatlar insanları çaşdırdı





A+  A-

Bu gün insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki smartfon telefonlarda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.
Məsələ burasındadır ki, 2016-cı ilədək oktyabrın sonuncu bazar günü ölkə ərazisində qış vaxtına keçid reallaşdırılırdı. Smartfonların saatı avtomatik olaraq 1 saat geri çəkməsi də bununla əlaqaədar olub.

XəzərNews.az Modern.az-a istinadən xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə ildir ki, Azərbaycan qış vaxtına keçid ləğv olunub.

Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat geri çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb.

Nəticədə kimisi yatıb qalaraq işə, kimisi səfərə çıxmağa, başqa biri hansısa mənzil başına gecikib.

Belə hadisələr bu ilin martında da yaşanmışdı...

Mütəxəssislər bildirir ki, bu, bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.

Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.

Qeyd edək ki, 2016-cı ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Əqrəblərin irəli və geri çəkilməsi hər il mart və oktyabr aylarının sonuncu bazar günü həyata keçirlirdi.

Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək, bu təcrübədən istifadə etməkdən imtina edib.

Azərbaycandan fərqli olaraq, bu gün bəzi ölkələrdə qış vaxtına keçid həyata keçirilib.

Xəbər 2103 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +