200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.11.2017  10:46 

Qurban Qurbanov bu şərtlə milliyə gəlməyə RAZILAŞDI





A+  A-

Son zamanlar Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi postuna "Qarabağ"la Çempionlar Liqasında uğurlu nəticələr qazanan Qurban Qurbanovun təyin ediləcəyi ilə bağlı söz-söhbətlər yayılmışdı. Artıq bu söhbətlər öz təsdiqini tapdı...
XəzərNews.az bildirir ki, ”Qarabağ FK”nın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Qurban Qurbanov bir neçə şərtin müqabilində millimizdə işləməyə razı olub.
“Bu şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub”,-deyə bildirilib.

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.
AFFA-dan verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Xatırladaq ki, AFFA Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə müqaviləni uzatmayıb.

Millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

Xəbər 1721 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +